İstanbul hava limanında uçuşlar təxirə salındı

22.11.2024

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

İstanbulun Səbiha Gökçən beynəlxalq hava limanına sabaha nəzərdə tutulan bəzi səfərlər təxirə salınıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə aeroportdan məlumat verilib.

Məlumata əsasən, sabah İstanbulda proqnozlaşdırılan əlverişsiz hava şəraiti səbəbindən saat 15:00-dək Səbiha Gökçən hava limanına nəzərdə tutulan uçuşların 10 faizi yerinə yetirilməyəcək.

Açıqlamada sərnişinlərin bu aeroporta sabah planlaşdırılan səfərləri ilə bağlı hava limanının rəsmi səhifəsindən məlumat almaları tövsiyə edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью