İstanbul İrəvan marşrutu üzrə ilk yük reysi...

16.11.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

“Turkish Airlines” aviaşirkətinin yükdaşıma bölməsi olan “Turkish Cargo” bazar günü İstanbul–İrəvan–İstanbul marşrutu üzrə ilk müntəzəm yük reysini həyata keçirib.

Axar.az xəbər verir ki, bu barədə “Aeroportist” portalı məlumat yayıb.

“Turkish Airlines”ın yükdaşıma xidmətinin həyata keçirdiyi xüsusi reys iki ölkə arasında etibarlı yükdaşımalarını təmin etmək məqsədi daşıyır”, - məlumatda deyilib.

Qeyd edək ki, bu ilin martından etibarən “Turkish Airlines” İstanbul-İrəvan marşrutu üzrə müntəzəm sərnişin reysləri həyata keçirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью