İstanbul klubu Edersonun transferini bitirmək üzrədir

31.08.2025

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

"Fənərbaxça" "Mançester Siti"nin qapıçısı Edersonu "rənglərinə bağlamağa" yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Qalatasaray bundan əvvəl qapıçı üçün 10 milyon avro təklif etsə də, "şəhərlilər" bununla razılaşmayıb.

Qeyd edək ki, Premyer Liqada "transfer pəncərəsi" bu gün bağlanır. Ederson 2017-ci ildən "Mançester Siti"də çıxış edir. Braziliyalının ingilis klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir və onun bazar dəyəri 20 milyon avro qiymətləndirilir.

Bu mövsüm ilk turda "Mançester Siti"nin qapısını Ceyms Trafford qoruyub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью