İstanbul klubu fransalı müdafiəçini icarəyə götürür

01.09.2026

Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Leyptsiq"in müdafiəçisi El-Şaday Bitşiabu karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Qalatasaray" fransalı futbolçunun keçidini həll edib. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

İstanbul nəhəngi Bitşiabunu icarəyə götürəcək. Klublar arasındakı anlaşmada 21 yaşlı mərkəz müdafiəçisi üçün satınalma bəndi yer alıb. Gənc oyunçu bu gün Türkiyədə olacaq.

Qeyd edək ki, "Leyptsiq" El-Şaday Bitşiabunu 2023-cü ilin yayında PSJ-dən 15 milyon avroya transfer edib. Fransa U-20 millisinin üzvü Bundesliqa təmsilçisinin heyətində 48 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью