İstanbul klubu liviyalı legionerini icarəyə verdi

04.02.2025

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Beşiktaş" futbolçusu Moatasem Əl-Musratini icarəyə verib. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi liviyalı yarımmüdafiəçini "Monako"ya göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı orta xətt oyunçusu mövsümün ikinci yarısını Fransa klubunun heyətində keçirəcək.

Qeyd edək ki, "Beşiktaş" Əl Musratini ötən ilin fevralında "Braqa"dan transfer edib. Təcrübəli futbolçu bu mövsüm "qara qartallar"In heyətində meydana çıxdığı 25 rəsmi matçda 2 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью