İstanbul klubu Lukaku ilə anlaşdı

08.08.2026

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

"Napoli"nin hücumçusu Romelu Lukaku karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Fənərbaxça" belçikalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Matteo Moretto məlumat yayıb.

İstanbul nəhəngi Lukaku ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. ""Fənərbaxça" 333 yaşlı forvardın keçidi üçün İtaliya klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Napoli" Romelu Lukakunu 2024-cü ilin yayında "Çelsi"dən 30 milyon avroya transfer edib. Belçika millisinin üzvü 2025/26 mövsümündə Neapol təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol vurub.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью