Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Türkiyədə küçədə gəzən aslan çaxnaşmaya səbəb olub.
Bizim.Media xəbər verir ki, İstanbulun Sarıyer rayonunda Üskümruköy məhəlləsində axşam saatlarında küçələrdə gəzən dişi aslanın görüntüləri təhlükəsizlik kamerasına düşüb.
Görüntülərdən sonra əraziyə jandarma qrupları göndərilib. Təbiəti Qoruma və Milli Parklar Baş İdarəsi və Sarıyer Bələdiyyəsinin polis qrupları da aslanın tutulması üçün səylərə qoşulub.
Heyvanı tapmaq üçün ərazidə genişmiqyaslı axtarışlar aparılıb və termal kameralardan da istifadə edilib. Axtarış tədbirləri nəticəsində heyvan meşəlik ərazidə tapılıb.
Ətraf ərazilərdə yaşayan sakinlərə zəruri xəbərdarlıqlar edilib.
Bizim.Media