Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ötən axşam İstanbulun Sarıyer rayonunun Uskumruköy məhəlləsində şir peyda olub.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Təhlükəsizlik kameralarının görüntülərində dişi şir olduğu ehtimal edilən heyvan qeydə alınıb. Jandarma, polis, Təbiəti Mühafizə və Milli Parklar Baş İdarəsinin əməkdaşları axtarışlara başlayıblar.
Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Abdülkerim Bardakcı da İstanbulda axtarılan şirlə bağlı aparılan əməliyyat zamanı hadisə yerində görüntülənib.
İstanbul Valiliyi isə şirin sağ şəkildə tutulması üçün əməliyyatın davam etdiyini bildirib.
Futbolçunun hadisə yerindən görüntüləri sosial şəbəkələrdə yayılıb.
Bundan başqa, Bardakcı "Instagram" hesabında aslanı sığalladığı görüntüləri də paylaşıb. Onun bu paylaşımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Qalereya