İstanbul limanındakı gəmidə 1 ton 700 kiloqram kokain aşkarlanıb

14.10.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İstanbul, 14 oktyabr, Günel Karatepe, AZƏRTAC

İstanbulun Ambarlı Limanından tranzit keçid edən gəminin konteynerində fosil una hopdurulmuş 1 ton 700 kiloqram kokain aşkar edilib.

AZƏRTAC xəbər verir ki, narkotik vasitə Türkiyənin Gömrükləri Mühafizəsi Baş İdarəsi ilə İspaniya Milli Polis Təşkilatının birgə keçirdiyi əməliyyat zamanı İstanbuldan keçməklə Cənubi Amerikadan İspaniyaya gedən gəmidə aşkarlanıb.

Hadisə ilə bağlı mütəşəkkil cinayət təşkilatının üzvü olan 3 nəfər saxlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью