İstanbul metrosunda yanğın: Qatarların hərəkəti dayandırıldı

14.11.2024

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Türkiyənin İstanbul şəhərində metronun "Yenikapı" stansiyasında səhər saatlarında naməlum səbəbdən yanğın baş verib.

Oxu.Az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə İstanbul metrosunun rəhbərliyi açıqlama yayıb.

Yanğının dayanacaqdakı eskalatorda başlandığı deyilib.

Məlumata görə, qəfil hər yeri tüstü bürüyüb və qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.

"M2 Yenikapı-Hacıosman metro xəttinin Yenikapı stansiyası müvəqqəti olaraq fəaliyyətə bağlanıb. Səfərlər Vezneciler-Hacıosman stansiyaları arasında həyata keçirilir", - deyə məlumatda bildirilib.

Həmçinin səfərlərin Yenikapı-Vezneciler stansiyaları arasında pulsuz avtobuslar vasitəsilə həyata keçiriləcəyi qeyd edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью