İstanbul metrosunda yanğın... VİDEO

14.11.2024

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin İstanbul şəhərində metronun “Yenikapı” stansiyasında səhər saatlarında naməlum səbəbdən yanğın baş verib.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bu barədə İstanbul metrosunun rəhbərliyi açıqlama yayıb.

Yanğının dayanacaqdakı eskalatorda başlandığı deyilib.

Məlumata görə, qəfil hər yeri tüstü bürüyüb və qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.

“M2 Yenikapı-Hacıosman metro xəttinin Yenikapı stansiyası müvəqqəti olaraq fəaliyyətə bağlanıb. Səfərlər Vezneciler-Hacıosman stansiyaları arasında həyata keçirilir”, – deyə məlumatda bildirilib.

Həmçinin səfərlərin Yenikapı-Vezneciler stansiyaları arasında pulsuz avtobuslar vasitəsilə həyata keçiriləcəyi qeyd edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью