Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Naxçıvan, 3 iyun, AZƏRTAC
Bu gündən etibarən “AJet” şirkəti həftədə iki dəfə olmaqla (çərşənbə axşamı və şənbə) İstanbul - Naxçıvan reysi üzrə uçuşlara başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bakı vaxtı ilə saat 05:55-də İstanbuldakı Sabiha Gökçen Hava Limanından səmaya qalxan “AJet” şirkətinin təyyarəsi Naxçıvan Hava Limanına eniş edib.