İstanbul nəhəngi Avropa çempionunu icarəyə götürdü

02.02.2025

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Qalatasaray" hücum xəttini yeni oyunçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, İstanbun nəhəngi "Milan"dan Alvaro Moratanı icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Qalatasaray"ın açıqlamasında ispan forvardın icarəyə götürülməsi ilə bağlı İtaliya klubu ilə danışıqlara başlanıldığı qeyd olunub.  32 yaşlı hücumçu bu gün İstanbula gedərək rəsmi müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, "Milan" Alvaro Moratanı mövsümün əvvəlində "Atletiko"dan transfer edib. İspaniya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində keçirdiyi 25 rəsmi matçda 6 qol və 2 assistlə yadda qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью