İstanbul nəhəngi Leao üçün 50 milyon ayırdı

24.07.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Fənərbağça” “Milan”ın hücumçusu Rafael Leaonu heyətinə qatmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

İstanbul təmsilçisi 27 yaşlı vinger üçün 40 milyon avro ödənməyə hazırdır. Bonuslarla birlikdə transfer məbləğində bu rəqəm 50 milyon avroya çata bilər.

Türkiyə klubu portuqaliyalı futbolçunun özünə illik 8 milyon avro maaş təklif edir. Müqavilədə keçirilən matçlar, vurulan qollar və çempionluq üçün əlavə 4 milyon avro bonus nəzərdə tutulub.

“Fənərbağça”nın Leao ilə 5 illik müqavilə imzalamağı planlaşdırdığı bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью