İstanbul nəhəngi Leroy Saneyə elçi düşdü SON DURUM

03.01.2025

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

"Bayern Münhen"in vingeri Leroy Sane karyerasını Türkiyədə davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, məlumatı insayder Florian Plettenberq sosial şəbəkə hesabı üzərindən yayıb.

Xəbərə görə, Almaniya nəhəngiylə müqaviləsi ilə bağlı vəziyyətin qeyri-müəyyən olmasından yararlanmağa çalışan "Qalatasaray" futbolçuya elçi düşüb. İstanbul klubu alman vingeri azad agent kimi transfer etməkdə maraqlıdır. Lakin futbolçunun özü Türkiyə klubuna keçməkdə qərarsızdır. Sane ilk növbədə diqqətini "Bayern"ə yönəldib və mövsüm bitdikdən sonra münhenlilərlə yeni müqavilə imzalamağı planlaşdırır. "Bayern" rəhbərliyi isə hələ də futbolçu ilə müqaviləni yeniləyib-yenilməyəcəyinə qərar verməyib.

28 yaşlı almaniyalı oyunçu cari mövsümdə Münhen təmsilçisinin heyətində 11 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" Sanenin dəyərini 60 milyon avro qiymətləndirir.

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью