Icma.az bildirir, Fanat portalına istinadən.
Moskva "Lokomotiv"inin mərkəz müdafiəçisi Sesar Montes karyerasını İstanbul nəhəngində davam etdirə bilər.
Fanat.Az "Championat"a istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun xidmətndə "Beşiktaş" maraqlıdır.
Mənbə "qara qartallar"ın Rusiya klubuna rəsmi təklif göndərməyə hazırlaşdıqlarını vurğulayıb.
Montes 2024-cü ildən "Lokomotiv"də çıxış edir. Bu mövsüm meksikalı oyunçu 19 matça çıxaraq 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı 195 santimetr boya malik futbolçunun transfer qiymətini 7 milyon avro ilə dəyərləndirir.