İstanbul nəhəngi Premyer Liqanın ulduzunu transfer edir

11.12.2024

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

"Tottenhem"in koreyalı ulduz hücumçusu Son Xın Min karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, "Qalatasaray" klubunun rəhbərliyi futbolçunun keçidini bu qış "transfer pəncərəsi"ndə reallaşdırmaq üçün London təmsilçisi ilə razılığa gəlməyə çalışır. 

Məlumatı "Fanatik" yayıb. Mənbənin məlumatına görə, İstanbul nəhəngi "Tottenhem"lə müqaviləsi bu mövsümün sonuna qədər olan 32 yaşlı futbolçunu sıralarına qatmaq istəyir. Son özü hələ klubunu dəyişməyə həvəsli deyil. 

Qeyd edək ki, Son Xın Min bu mövsüm hotspurluların heyətində İngiltərə çempionatında 12 oyun keçirib və bu görüşlərdə 4 qol vurub, 4 məhsuldar ötürmə edib.

Mirağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью