İstanbul nəhəngləri transferdə rəqib oldular

11.04.2025

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İcarə əsasında "Trabzonspor"da çıxış edən Simon Banza Türkiyədə klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, əzəli rəqiblər "Qalatasaray" və "Fənərbqaxça" konqolu hücumçu ilə maraqlanır. Bu barədə "O Jogo" nəşri məlumat yayıb.

İstanbul nəhəngləri Banzanın müqavilə ilə məxsus olduğu "Braqa" ilə danışıqlara başlayıb. 28 yaşlı forvardın gələcəyi mövsüm bitdikdən sonra müəyyənləşəcək.

Qeyd edək ki, "Trabzonspor" Simon Banzanı ötən ilin sebtyabr ayında icarəyə götürüb. Konqo millisinin üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 20 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью