Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
İstanbul polisi özünü pilot kimi təqdim edərək qanunsuz maddələr daşıyan narkokuryerinin axtarışına başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, 15 sentyabrda İstanbul Hava Limanında gömrük əməkdaşları Meksikadan gələn bir sərnişinin baqajında 26,3 kiloqram narkotik aşkar ediblər.
Araşdırma zamanı məlum olub ki, digər iki sərnişin şübhəli şəxsdir və onlardan biri pilot forması geyinib.
Şübhəlilərdən biri hotelə gələrək Meksika vətəndaşına narkotik çamadanı verib. Polis hər iki şübhəlini hoteldə saxlayıb və otaqda 25 kiloqramdan çox qanunsuz maddə aşkar edib. Pilot kimi təqdim edən narkokuryerinin axtarışı davam edir.