Icma.az, Axar.az saytına istinadən bildirir.
Türkiyənin Arnavutköy rayonunun Yeniköy sahilində vətəndaşlar tərəfindən pilotsuz uçuş aparatına (PUA) aid olduğu ehtimal edilən obyekt aşkarlanıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Haberler” nəşri məlumat yayıb.
Məlumata görə, sahildə gəzən sakinlər şübhəli obyekti görərək jandarma və Sahil Mühafizə Qüvvələrinə məlumat veriblər. Hadisə yerinə gələn ekipajlar obyekti ilkin olaraq araşdırdıqdan sonra ərazidən götürərək ətraflı texniki ekspertiza üçün Sahil Mühafizə Komandanlığına aparıblar.
Obyektin Rusiya-Ukrayna müharibəsindən qalmış ola biləcəyi bildirilir. Onun mənşəyi və xüsusiyyətləri aparılacaq texniki araşdırmalardan sonra dəqiqləşdiriləcək.