İstanbul su altında qaldı (Video)

28.09.2026

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ötən gecə Türkiyənin İstanbul şəhərində yağan güclü leysan nəticəsində bir sıra əraziləri su basıb. Yağışa hazırlıqsız yaxalanan vətəndaşlar və sürücülər çətin anlar yaşayıblar.

Milli.Az xəbər verir ki, bu barədə "Haber 7" məlumat yayıb.

Güclü yağış Sultanqazinin Yunus Əmrə məhəlləsində yerləşən Lütfi Aykaç bulvarında su basmasına səbəb olub. Yollarda yaranan su gölməçələri nəqliyyatın və piyadaların hərəkətini çətinləşdirib.

Leysan Zincirlikuyudakı yeraltı keçidə də təsir edib. Keçidi su basdığından avtomobillərin hərəkəti dayandırılıb.

Bununla əlaqədar bəzi avtobus reyslərinin də təxirə salındığı bildirilib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью