İstanbul Ürgənc reysi ilə uçan təyyarə Bakıda təcili eniş edib

17.10.2025

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

AzVision.az Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadla xəbər verir ki, "Airbus A320" tipli hava gəmisinin kapitanı Bakı hava limanına məcburi eniş üçün sorğu göndərib. Təyyarə yerli vaxtla saat 17:26-da uğurla eniş edib.
Hadisə ilə bağlı dərhal tibbi xidmət heyəti əraziyə cəlb olunub və sərnişinə ilkin tibbi yardım göstərilib.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu fövqəladə və təxirəsalınmaz hallarda operativ reaksiya vermək imkanına malikdir və sərnişinlərin təhlükəsizliyinin təmin olunması üçün beynəlxalq standartlara uyğun prosedurları həyata keçirir.
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью