İstanbulda 14 mərtəbəli binada PARTLAYIŞ: 4 YARALI VAR Xəbər saytı Son xəbərlər və Hadisələr

07.12.2024

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İstanbulda 14 mərtəbəli yaşayış binasında güclü partlayış olub.

BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, hadisə Beylikdüzündə yaşanıb. Partlayışın qaz sızması səbəbindən baş verdiyi ehtimal edilir. Qəza nəticəsində binaya xeyli ziyan dəyib.

Hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.

İlk məlumatlara görə yaralıların sayının dörd nəfərdir. Bir sakin isə axtarışdadır.

Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatları davam edir.

Partlayış yerindən fotoları təqdim edirik:

Qalereya

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью