İstanbulda 14 mərtəbəli binada partlayış olub, ölən və yaralananlar var

07.12.2024

Operativ MM saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin İstanbul şəhərində Beylikdüzü Adnan Kahveci məhəlləsində 14 mərtəbəli binada baş verən partlayış nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

 "Operativ Məlumat Mərkəzi-OMM" “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə İstanbul valiliyindən bildirilib.

Məlumata görə, partlayış binanın girişində olub. Bildirilib ki, binada 84 mənzil var.

Partlayışa səbəb kimi qaz sızması göstərilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью