İstanbulda 2 milyon 760 min narkotik həb və 314 kq əlavə maddə aşkarlanıb

18.01.2026

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Türkiyənin İstanbul şəhərində polisin keçirdiyi əməliyyat nəticəsində 2 milyon 760 min narkotik həb və 314 kq əlavə maddə aşkarlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"dəki hesabında məlumat yayıb.

"2 şübhəli saxlanılıb, onların cəmiyyətin sağlamlığına zərər verməsini əngəllədik" , - nazir bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью