İstanbulda 4 milyondan çox narkotik həb ələ keçirildi: 11 nəfər saxlanıldı

09.10.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin İstanbul şəhərində 4 milyon 42 min ədəd narkotik həb, 214 kiloqram metamfetamin, 69 kiloqram marixuana və 438,5 kiloqram narkotik həblərin istehsalında istifadə olunan xammal ələ keçirilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında məlumat verib.

Xəbərə görə, aidiyyəti qurumlar Tuzla, Başakşehir və Beylikdüzü rayonlarında bu istiqamətdə koordinasiyalı şəkildə əməliyyatlar həyata keçiriblər.

Əməliyyatlar zamanı 11 şübhəli saxlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью