İstanbulda 46 nəfər saxta içkidən zəhərləndi 17Sİ ÖLDÜ

04.12.2024

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İstanbulda son günlərdə saxta spirtli içkidən 46 nəfər zəhərlənib, onlardan 17-si ölüb, 22 nəfər isə xəstəxanaya yerləşdirilib.

Bakupost.az Türkiyə mətbuatına istinadən xəbərinə görə, onlardan 7-si ambulator müalicə üçün evə buraxılıb.

Baş verənlərdən sonra polis Şişli, Beyoğlu, Kağıthane, Esenyurt, Ümraniye, Üsküdar, Sultangazi və Bakırköy rayonlarında xüsusi əməliyyat keçirərək, saxta alkoqollu içkilərin istehsalı və satışını təşkil edən 19 nəfəri saxlayıb.

Məhkəmə onlardan səkkizi barəsində həbs qərarı verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью