İstanbulda 5 mərtəbəli bina qismən UÇDU

09.08.2026

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İstanbulun Güngören rayonunda 5 mərtəbəli binanın birinci mərtəbəsinin bir hissəsi naməlum səbəbdən uçub.

“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, hadisədən sonra binada yaşayan sakinlər öz imkanları ilə binanı tərk ediblər.

Əraziyə yanğınsöndürənlər, polis, təcili tibbi yardım və bələdiyyə əməkdaşları cəlb olunub. Dördpendirli pizza

Aparılan ilkin yoxlamalardan sonra bina təhlükəsizlik məqsədilə tamamilə boşaldılıb və möhürlənib. Hadisə yerinin ətrafına təhlükəsizlik baryerləri yerləşdirilib.

Binanın birinci mərtəbəsində baş verən qismən uçmanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Hazırda hadisə nəticəsində ölən və ya xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью