İstanbulda 6,2 bal gücündə zəlzələdən sonra 127 afterşok qeydə ALINDI

23.04.2025

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra 127 afterşokun qeydə alındığını və 112 Təcili Yardım Xidmətinə 10 min 84 müraciətin daxil olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, AFAD-da keçirilən mətbuat konfransında çıxış edən nazir Yerlikaya, can itkisi və xəsarət alan olmadığını vurğulayıb. Tədbirdə şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum və səhiyyə naziri Kemal Memişoğlu da iştirak ediblər.

Kənan YUSİF 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью