İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomatdır?

23.11.2024

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İstanbulda özünü azərbaycanlı diplomat kimi təqdim edən və 70 kq qızılla saxlanılan şəxs diplomat deyil.

Axar.az APA-ya istinadən xəbər verir ki, tutulan şəxs bir müddət əvvəl Azərbaycanın ABŞ-dakı Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışıb.

Xatırladaq ki, Türkiyənin İstanbul şəhərində “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında polisin qaçaqmalçılıqla mübarizə məqsədilə həyata keçirdiyi yoxlama zamanı taksilərin birində azərbaycanlının üzərində 70 kiloqram qızıl aşkarlanıb.

Həmin şəxs özünü diplomat kimi təqdim edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью