İstanbulda 8 mərtəbəli binada yanğın

31.01.2025

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İstanbulda gecə saat 23:00 radələrində Kağıthane Hürriyyət Məhəlləsində Söğüt küçəsində səkkiz mərtəbəli binanın birinci mərtəbəsində yerləşən dülgərlik atelyesində başlayan yanğın qısa vaxtda sürətlə yayılıb.

Xalqcəbhəsi.az Türkiyənin “ensonhaber.com” saytına istinadən xəbər verir ki, hadisə yerinə çoxlu yanğınsöndürənlər göndərilib.

Bütün küçəni tüstü bürüdüyü üçün sakinləri küçələrə çıxaran yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə qısa zamanda nəzarət altına alınıb.

Müdaxilədən sonra qruplar hadisə yerini tərk edib və yanğınla əlaqədar araşdırma başlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью