Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İstanbulun səhər saatlarında ağır yol qəzası baş verib.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bank işçilərini daşıyan mikroavtobus Fatih Sultan Mehmet körpüsünün Etiler çıxışında qarşısındakı iki avtomobillə toqquşduqdan sonra aşıb.
Mikroavtobusda olan on üç nəfər yaralanıb və hadisə yerinə çoxsaylı təcili yardımı, yanğınsöndürən maşınlar və polis qrupları göndərilib. Yaralılar təcili yardımla yaxınlıqdakı xəstəxanalara aparılıb.
Qəza Ədirnə istiqamətində böyük tıxac yaradıb.
İbrahim Cəfərov