Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
İstanbul şəhərində Bakırköy istiqamətində hərəkət edən sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində Kazlıçeşmə səmtində bağça hasarına çırpılıb.
Axar.az yerli mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər həyatını itirib, 16 nəfər isə müxtəlif xəsarətlər alıb.
Əraziyə polis, təcili tibbi yardım xidmətinin əməkdaşları gəlib.
Qəzanın səbəbləri araşdırılır.