Konkret.az saytına istinadən Icma.az xəbər verir.
İstanbulun Esenyurt rayonunda qadın işçiləri daşıyan xidməti avtobus yağışlı hava səbəbindən idarəetmədən çıxaraq dərəyə yuvarlanıb. Hadisə yerinə çox sayda yanğınsöndürən və polis briqadası cəlb olunub. Qəza nəticəsində 4 nəfər həyatını itirib, 3-ü ağır olmaqla 7 nəfər yaralanıb.
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, qəzada 4 nəfər hadisə yerində dünyasını dəyişib. Yaralanan 7 nəfərdən 3-nün vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma davam edir.