İstanbulda ailə faciəsi: 7 nəfəri güllələyib intihar etdi Ölənlər var / VİDEO

24.11.2024

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

İstanbulun Büyükçekmece ilçəsində Bahadır Aladağ adlı şəxs evdə ata və anasını, daha sonra isə baldızını və yaxın dostunu qətlə yetirib.

İstanbulun Büyükçekmece səmtində dəhşətli ailə faciəsi baş verib.

Globalinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bəxtiyar Aladağ adlı şəxs evdə ata və anasını, daha sonra isə Esenyurda gedərək baldızını, Avcılarda isə bərbər dostunu qətlə yetirib. Bacısı daxil olmaqla isə 3 nəfəri yaralayıb.

Bundan əlavə, qatilin 2 nəfərə də ağır xəsarət yetirdiyi bildirilib.

Aladağ daha sonra eyni silahla intihar edib. Hadisə anı kameralara əks olunub. Onun hansı səbəbdən qətlləri törətdiyi hələlik məlum deyil. Ərazi polis tərəfindən nəzarətə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью