Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Noyabrın 2-də TÜYAP kompleksində işə başlayan 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisi maraqlı tədbir və təqdimatlarla davam edir.Bu barədə Demokrat.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.Bildirilib ki, Azərbaycanın "fəxri qonaq ölkə" olduğu sərgi çərçivəsində ədəbiyyat, mədəniyyət və mətbəximizlə bağlı təqdimatlar təşkil olunur.Noyabrın 4-də sərgi məkanında bu il 100 illiyi qeyd olunan Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, şair, Əməkdar mədəniyyət işçisi Mikayıl Azaflının (Mikayıl Cabbar oğlu Zeynalov; 1924-1990) şeirlərindən ibarət kitabın təqdimatı keçirilib.Təqdimat mərasimi TÜRKSOY, Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə gerçəkləşib.
Tədbirin moderatoru Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı nəşrin ərsəyə gəlməsindən danışıb.
Qeyd edib ki, "Aşıq Mikayıl Azaflı. Seçilmiş şeirlər" adlı kitab görkəmli saz-söz ustadının 100 illiyinə həsr olunub.Mədəniyyət nazirinin mü
O, Mədəniyyət Naziriliyi ilə TÜRKSOY-un bu sahədə uğurlu əməkdaşlığının davamlı olacağına əminliyini bildirib.Azərbaycan Milli Kitabxanasını
Aşıq-şairin əsərlərinin Azərbaycanda və Türkiyədə nəşri tarixinə nəzər salıb.Türkiyədəki “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru, Azərbay
Kitab TÜRKSOY-un baş katibi Sultan Raevin təqdimat yazısı ilə açılır.
Azərbaycan Aşıqlar Birliyinin sədri professor Məhərrəm Qasımlı nəşrə geniş ön söz yazıb.Sonra təqdimat ərzurumlu aşıq Erol Erqaninin ifasında Mikayıl Azaflının sözləri üstündə saz havaları ilə davam edib.Qeyd edək ki, Mikayıl Azaflı yaradıcı aşıq kimi tanınıb.