İstanbulda avtobus dərəyə aşdı: Ölən var FOTO

27.12.2025

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyədə, İstanbulun Esenyurt rayonunda baş vermiş qəza nəticəsində avtobus dərəyə aşıb.

Avtosfer.az "Türkiye Gazetesi"nə istinadən xəbər verir ki, qəza nəqliyyat vasitəsinin idarəetməni itirməsi səbəbindən baş verib.

İlkin məlumatlara görə, qəzada 2 nəfər ölüb, 9 nəfər isə xəsarət alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara aparılıblar, onlardan birinin vəziyyəti ağırdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью