Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İstanbulun Həbiblər yolunda şəhərlərarası sərnişin avtobusu İETT avtobusu ilə toqquşub.
Avtosfer.az HaberGlobal-a istinadla xəbər verir ki, sürücü idarəetməni itirdikdən sonra avtobus qarşıda hərəkətdə olan Kayaşehir-Mecidiyeköy marşrutu üzrə işləyən İETT avtobusuna çırpılıb.
Qəza nəticəsində 5 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib və onların həyati təhlükəsinin olmadığı bildirilib.
Hadisə ilə bağlı araşdırma başlanılıb.