İstanbulda Azərbaycan məktəbində uşaqlara qarşı şiddət

22.06.2026

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

İstanbulda fəaliyyət göstərən Hüseyn Cavid adına məktəbdə azərbaycanlı uşaqlara qarşı zorakılıq edildiyi bildirilir.

Bu barədə Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, məktəbin bağçasında çalışan 60 yaşlı işçi uşaqlara qarşı zorakılıq edib.

Hadisədən sonra həmin şəxs saxlanılıb. İddialara əsasən, işçi uşaqları günorta yuxusuna yatırtmağa çalışarkən onları çubuqla vurub. Həmçinin bəzi hallarda yeməkxanada uşaqlara fiziki təzyiq göstərdiyi də bildirilir.

Valideynlərin şikayətindən sonra polis araşdırmaya başlayıb.

Təhlükəsizlik kamerasının görüntülərini araşdıran hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlini saxlayaraq polis bölməsinə aparıblar.

İlkin araşdırmalardan sonra o, məhkəmə orqanlarına təhvil verilib.

Hadisə ilə bağlı Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən də araşdırma aparılır.

Qeyd edək ki, sözügedən məktəbin direktoru Şərqiyyə Məmmədovadır.

Şəbnəm Rəhimova 

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью