İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü VİDEO

08.11.2026

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransanı təmsil edən azərbaycanlı boksçu Murad Əliyev İstanbulda keçirilən peşəkar boks qarşılaşmasında türkiyəli Ümit Çamkırana qalib gəlib. Lakin döyüşdən sonra onun azarkeşlərə qarşı etdiyi təhqiramiz jest salonda kütləvi davaya səbəb olub.

Qarşılaşma WBC Silver titulu uğrunda keçirilib. Rinqdə qələbə qazanan Murad Əliyevin azarkeşlərə ünvanladığı jestdən sonra salonda gərginlik yaranıb və tərəflər arasında dava başlayıb.

Baş verən qarşıdurma zamanı boksçu özü də çoxsaylı zərbələr alıb.

Qeyd edək ki, Murad Əliyev 1995-ci ildə Moskvada azərbaycanlı ailəsində anadan olub. Ailəsi onun 6 yaşı olarkən Fransaya köçüb.

Əliyev hazırda Fransanı təmsil edir və ağır çəkidə Fransa çempionudur.

https://azpost.info/wp-content/uploads/2026/11/AQPNWQglt6MiNPjhs7lMsDFl2zugC1lJwk2_93KeCSRL3n_bMmexUusynsB-q7DuJmi8mUBBSK_TTdt9W63porkit_A4ESKt1deWAD1CQ28AWw.mp4

AzPost.az

Post navigation

Previous: Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью