İstanbulda Beynəlxalq Strateji Kommunikasiya Forumu keçirilir

13.12.2024

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin İstanbul şəhərində ən böyük kommunikasiya zirvələrindən biri hesab olunan Beynəlxalq Strateji Kommunikasiya Forumu (Stratcom Summit 24) başlayıb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən "Kommunikasiyada Süni İntellekt: Tendensiyalar, Tələlər və Transformasiya" mövzusunda bu il dördüncü dəfə təşkil edilən forumda kommunikasiya üzrə rəsmi nümayəndələri bir araya gəlib.

Konfrans çərçivəsində süni intellektin ünsiyyətə təsiri müzakirə edilir, yeni texnologiyaların təqdim etdiyi imkanlar və problemlər araşdırılır.

Forumda Azərbaycanı Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev təmsil edir.

O, “Süni intellekt və strateji tərəqqi: Azərbaycanın gələcəyi üçün bir baxış” mövzusunda çıxış edib.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью