İstanbulda bıçaqlanaq öldürülən məşhur italiyalı aşpazın oğlunun qatillərinə hökm oxundu |…
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyənin İstanbul şəhərinin Kadıköy rayonunda məşhur italiyalı aşpaz Andrea Minqutsinin oğlu, 15 yaşlı Mattia Ahmet Minqutsinin bıçaqlanaq qətlə yetirilməsinə dair məhkəmə prosesi başa çatıb.
İş üzrə mühakimə olunan 4 müttəhim barəsində hökm oxunub. Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, iki müttəhimə törətdiyi cinayətə görə nəzərdə tutulan cəza ağırlaşdırılmış ömürlük azadlıqdan məhrumetmə olsa da, yaşları 18-dən az olduğu üçün məhkəmə 24 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Digər iki təqsirləndirilən şəxsin isə sərbəst buraxılmasına qərar verilib.
Hökmdən sonra ölən uşağın anası Yasemin Minqutsi qərarla bağlı fikrini ifadə edib.
"Mən artıq sadəcə ilahi ədalətə güvənirəm, o qədər", - deyə o bildirib.
Həbs olunan müttəhimlər məhkəmədə peşman olduqlarını və baş verənlərdən kədərləndiklərini dilə gətiriblər.
Tam oxu
Xəbəri oxu