İstanbulda bina çökdü İtkin düşənlər var

08.10.2026

Icma.az, Olke.az saytına istinadən bildirir.

Ölkə.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu barədə İstanbul valisi Davud Gül məlumat verib.

Bildirilib ki, hadisə nəticəsində yeddi nəfər dağıntılar altında qalıb, beş nəfər isə xilas edilib.

Davud Gülün sözlərinə görə, bina 1987-ci ildə inşa edilib və 12 mənzildə ümumilikdə 33 nəfər yaşayır.

“Çökmə nəticəsində dörd mənzilə ziyan dəyib. Xilasedicilər dağıntılar altından beş nəfəri çıxarmağa nail olublar. Daha yeddi nəfər hələ də dağıntılar altındadır. Onlardan dördü ilə əlaqə yaradılıb, üç nəfərin isə axtarışları davam edir”, - deyə Davud Gül jurnalistlərə bildirib.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью