İstanbulda bina çökdü: yaralılar var

18.09.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

İstanbulun Küçükçekmece rayonunda şəhərsalma layihəsi çərçivəsində sökülən binanın bir hissəsi çöküb.

Axar.az xəbər verir ki, hadisə zamanı yoldan keçən 2 nəfər yaralanıb.

Məlumata görə, şəhərsalma layihəsi çərçivəsində boşaldılan və sökülməsinə başlanılan binanın bir hissəsində çökmə meydana gəlib.

Hadisə ilə bağlı əraziyə polis, yanğınsöndürən və tibbi yardım briqadaları göndərilib. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya çatdırılıb.

Yanğınsöndürənlərin dağıntıların olduğu ərazidə axtarış-xilasetmə işləri davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью