İstanbulda binada partlayış 1 ölü, 3 yaralı (FOTOLAR)

07.12.2024

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

İstanbulda 14 mərtəbəli yaşayış binasında partlayış olub.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Dağıntılar altında qalanların da olduğu bildirilir.

Hadisə yerinə çoxsaylı polis, yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.

İlkin məlumata görə, partlayışa qazsızma səbəb olub.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью