İstanbulda binada partlayış oldu Ölən və yaralananlar var

07.12.2024

Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin İstanbul şəhərində yerləşən 14 mərtəbəli yaşayış binasında partlayış baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə "TRT haber" şəhər valiliyinə istinadən məlumat yayıb.

Beylikdüzü adlanan ərazidə qeydə alınan partlayış nəticəsində 1 nəfərin öldüyü, 3 nəfərin isə yaralandığı açıqlanıb. Hadisəyə qaz sızmasının səbəb olduğu güman edilir. Partlayış nəticəsində yaranan yanğın qısa zaman ərzində söndürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью