İstanbulda binada partlayış oldu Ölən və yaralananlar var

07.12.2024

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin İstanbul şəhərində yerləşən 14 mərtəbəli yaşayış binasında partlayış baş verib.

Moderator.az xəbər verir ki, bu barədə "TRT haber" şəhər valiliyinə istinadən məlumat yayıb.

Beylikdüzü adlanan ərazidə qeydə alınan partlayış nəticəsində 1 nəfərin öldüyü, 3 nəfərin isə yaralandığı açıqlanıb. Hadisəyə qaz sızmasının səbəb olduğu güman edilir. Partlayış nəticəsində yaranan yanğın qısa zaman ərzində söndürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью