İstanbulda binada partlayış olub, bir nəfər ölüb

07.12.2024

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün səhər saatlarında İstanbulda yaşayış binasında partlayış baş verib. Hadisə zamanı sakinlərdən biri həlak olub, üçü yaralanıb.

AZƏRTAC xəbər verir ki, İstanbulun Beylikdüzü rayonunda yerləşən 14 mərtəbəli yaşayış binasının giriş qatındakı mənzildə partlayışın təbii qaz sızmasından baş verdiyi ehtimal olunur.

Hadisə ilə bağlı İstanbul Valiliyindən verilən açıqlamada yaralananların vəziyyətlərinin ağır olmadığı, bölgədə araşdırmaların davam etdiyi bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью