İstanbulda bir sıra tədbirlər qadağan edildi

19.03.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Türkiyənin İstanbul şəhərində 4 gün müddətində bütün toplantı, nümayiş və mətbuata açıqlamalar qadağan edilib.

Oxu.Az-ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə İstanbul valiliyindən məlumat verilib.

"Bölgə daxilində ictimai asayişin qorunması və baş verə biləcək hər hansı təxribat xarakterli hərəkətlərin qarşısının alınması məqsədilə 19-23 mart tarixləri arasında valiliyimiz tərəfindən bütün toplantı, nümayiş və mətbuata açıqlamalar 4 gün müddətinə qadağan edilib", - deyə məlumatda bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью