İstanbulda “Bir Zəfər, iki şəhər” adlı konsert keçirildi

18.11.2026

Olay.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İstanbul — 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə Türkiyənin İstanbul şəhərində “Bir Zəfər, iki şəhər” adlı konsert proqramı təşkil olunub.

OLAY yazır ki, Bakı Kültür Mərkəzinin, Azərbaycan Diasporuna Dəstək Fondunun və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşkilatçılığı ilə tarixi “Grand Pera”da keçirilən tədbirdə yüzlərlə soydaşımız, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Konsert proqramından əvvəl “Grand Pera” səhnəsinin foyesində qonaqlar üçün xüsusi qarşılanma və kokteyl proqramı təşkil olunub. İştirakçılara Azərbaycan milli mətbəxinin təamları təqdim edilib. Pianoçu Günel Nəsirovanın canlı ifaları tədbirə xüsusi bayram ovqatı qatıb. Milli mətbəxin təqdimatına şef Elsevər Ömərov rəhbərlik edib.

Tədbirin rəsmi hissəsində çıxış edən Azərbaycanın İstanbul şəhərindəki baş konsulu Zamin Əliyev, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev və Bakı Kültür Mərkəzinin rəhbəri Emil Davudzadə Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərin əhəmiyyətindən, Azərbaycan-Türkiyə qardaşlığından, xaricdə yaşayan soydaşlarımızın milli həmrəyliyinin qorunmasından və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasından bəhs ediblər.

Konsert proqramında Azərbaycanın Əməkdar artistləri Rafael İsgəndərov və Coşqun Rəhimov “Bu şəhərdə” konsert-tamaşası ilə çıxış ediblər. Həmçinin Lalə Tağıyevanın solisti olduğu “Rapsodi” və “Rüzgar” musiqi qrupları, pianoçu Cəmil Abdullayev, “Jay Meel”, Əli Türkoğlu, Arif Nəymətov və Fidan Hüseynova səhnə alıblar.

Qeyd edək ki, “Bir Zəfər, iki şəhər” konsert proqramı yeni yaradılmış Bakü Kültür Mərkəzinin ilk böyük mədəniyyət layihəsidir. Layihənin təşkilati işlərinə Abdul (Muzzi) Abdullayev rəhbərlik edib. Şəhriyar Əbilovun aparıcılığını etdiyi tədbirin səs rejissoru Şəhriyar Ramazanov, quruluşçu rejissoru isə Vüqar İslamzadə olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью